Ezonn Xəbər

Bakının bir sıra yollarında tıxac yaranıb

Bakının bir sıra yollarında tıxac yaranıb
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Bakı şəhərində bir sıra yollarında ciddi tıxac yaranıb. Bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb. Məlumatda qeyd olunur ki, Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metrostansiyası istiqamətində tıxac müşahidə edilir. Eyni zamanda, Ziya Bünyadov prospektinin Əhməd Rəcəbli küçəsi ilə kəsişmədən Atatürk prospekti ilə kəsişməyə qədər olan hissəsində də nəqliyyat sıxlığı var. Bundan başqa, 1-ci Göl kənarı yolu Ziya Bünyadov prospekti istiqamətində, Əbdülvahab Salamzadə küçəsi Ziya Bünyadov prospekti istiqamətində və 8 Noyabr prospekti Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində də tıxac yaranıb. Həmçinin, Koroğlu Rəhimov küçəsinin ak. Həsən Əliyev küçəsi ilə kəsişmədən Heydər Əliyev prospekti istiqamətində də sıxlığın müşahidə olunduğu bildirilib. Nəqliyyatın hərəkətində yaranan bu sıxlıqlar, sürücülər üçün çətinliklər yaradır.