Yataqxanada meyiti tapılan tələbə qızla bağlı yeni təfərrüt

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Yataqxanada meyiti tapılan 2007-ci il təvəllüdlü Elvira Eyyubova ilə bağlı yeni ətraflı məlumatlar ortaya çıxıb. O, 2024-cü il üçün 637 bal toplayaraq Azərbaycan Tibb Universitetinə qəbul olmuşdu. Təhsilini başlamaq üçün yataqxanaya köçmüşdü.
Elvira Eyyubova, iki il Bakıda Dövlət İdarəçilik Akademiyasının tələbəsi olan dayısı qızı ilə birlikdə kirayədə yaşayırdı. Lakin bu il dayısı qızı akademiyanı bitirdikdən sonra Elvira, yataqxanaya daxil olub. Onun bacısı da bu il ali məktəbə qəbul olaraq, Elvira ilə birgə həmin yataqxanada qalmağa başlamışdı.
Noyabrın 14-də, axşam saatlarında bacısı mağazadan qayıdarkən Elviranı ölü vəziyyətdə tapıb. Məsələ ilə bağlı daha ətraflı araşdırmalar davam edir.
Elvira Eyyubova dünən doğulduğu Qəbələ rayonunda dəfn edilib. Hadisənin səbəbləri hələlik aydın deyil.