İspaniyada yaşayış icazəsi almaq çətinləşib – Müraciət edənlər aylarla növbə gözləyirlər

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
İspaniyada yaşayış icazəsi üçün müraciət etməkdə olan şəxslərin sayının kəskin artması, miqrasiya xidmətlərində ciddi gecikmələrə səbəb olub. Həmin şəxslərin biometrik məlumat təqdim etməsi üçün qəbul vaxtı əldə etmək də son dərəcə çətinləşib.
Banker.az saytının məlumatına görə, bu məsələ ilə bağlı İspaniyanın miqrasiya sahəsində ixtisaslaşmış təşkilatları və "Reuters" nəşri xəbər verib. Qeyd edək ki, 2026-cı ildə ölkədə həyata keçirilən genişmiqyaslı miqrasiya leqallaşdırılması proqramı, müraciətlərin artmasının başlıca səbəblərindən biridir.
İspaniya hökumətinin təqdim etdiyi statistika məlumatlarına əsasən, aprelin 16-dan iyunun 30-na qədər ölkəyə 1 milyon 174 min 978 müraciət daxil olub. Bu müraciətlərin 609 min 737-si iyulun əvvəlinə qədər ilkin baxışdan keçib. Proqram, qanunsuz yaşayan əcnəbilərə müəyyən şərtlərlə yaşayış və işləmək hüququ tanıyır.
Miqrasiya idarələrinin iş yükünün artması, yaşayış icazəsi təsdiqlənmiş əcnəbilərin də sənədləşmə prosesini başa çatdırmaqda çətinlik çəkir. Belə ki, yaşayış icazəsi təsdiqlənən şəxslər, TIE adlı plastik yaşayış kartını əldə etmək üçün barmaq izlərini təqdim etməlidirlər. Bu proses üçün əvvəlcə onlayn qəbul vaxtı bronlaşdırılmalıdır.
Bəzi bölgələrdə sərbəst qəbul vaxtlarının məhdudluğu, müraciət edənlərin aylarla gözləməsinə səbəb olur. Oktyabr ayında dərc edilmiş hüquqi təhlildə, yaşayış kartlarının alınmasında gecikmələr və dövlət qurumları arasında koordinasiyaya dair problemlər qeyd olunub. İspaniyada eyni zamanda rəqəmsal köçərilər üçün yaşayış icazəsi proqramı da mövcuddur; bu proqram çərçivəsində sənədləri təsdiqlənmiş şəxslərin biometrik qeydiyyat mərhələsindən keçməsi tələb olunur.