“Zəfərimizin bu günü və sabahı neftçilərin əməyindən asılıdır” - Veteran neftçilər qələbənin ildönümünü qeyd edir

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
8 Noyabr - Zəfər Günü münasibətilə Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən “Balakhani Operating Company LTD”, “Surakhani Oil”, “Ramana Oil” və “Gulf Drilling Supply Fze” neft və qazma şirkətlərində çalışan 400-ə yaxın veteran və şəhid ailələrinin üzvləri bir araya gəlib. Bayram tədbiri kararlılığı və qüruru paylaşıb, müharibə iştirakçıları üçün xüsusi bir gün olub.
“Alın yazısı Zəfər olanlar” adlı tədbir ADA Universitetində keçirilib. Bu dəfə döyüş meydanında qəhrəmanlıq göstərən veteranlar bilik və elmin mərkəzində qələbənin qürurunu yaşayıblar. Tədbirdə iştirak edənlər, “Zəfər rəqsi” filmi və “Qarabağ şikəstəsi”nin ifası ilə duyğusal anlar yaşayıblar.
Azərbaycan Silahlı Qüvvələrinin polkovniki Tehran Mənsimov, tədbirdə açıqlama verərək, zəfərin əsasında Ali Baş Komandan İlham Əliyevin liderliyi və xalqın birliyi olduğunu bildirib. Onun sözlərinə görə, azad olunmuş torpaqlarımızda dalğalanan bayrağımız uğrunda canlarını fəda edən qəhrəmanları unutmamaq vacibdir.
“Surakhani Oil” şirkətinin mexaniki Nicat Əhədov da tədbirdə çıxış edərək, müharibə xatirələrini bölüşüb. O, son altı ildə həyatında müsbət dəyişikliklərin yaşandığını vurğulayıb. Neftçi kimi təhsilini davam etdirdiyini qeyd edən Əhədov, qazilərin etdikləri bütün qurbanların Vətənin firavan gələcəyi üçün olduğunu bildirib.
Tədbirin sonunda “Balakhani Operating Company LTD” şirkətinin prezidenti Rövşən Rzayev, neftçilərə müraciət edərək, qələbənin qorunmasının yalnız onu yaddaşlarda saxlamaqla qalmadığını, eyni zamanda, azad edilən torpaqlarda genişmiqyaslı quruculuq işlərinin həyata keçirilməsini vurğulayıb. O, neft sektorunun inkişafının Zəfərin bu günü və sabahı üçün əhəmiyyətini qeyd edib. Mükafatlandırma mərasimində veteranlar xatirə hədiyyələri ilə təltif edilib.