Azərbaycan nümayəndələri Ermənistana gedəcək

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
"Sülh körpüsü" təşəbbüsü çərçivəsində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə növbəti görüş təşkil ediləcək. Görüşün tarixi hələlik açıqlanmasa da, ilin sonuna qədər baş tutması planlaşdırılır.
Bununla bağlı məlumat verən Fərhad Məmmədov, "Sülh Körpüsü"nün Azərbaycan üzrə koordinatoru və Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədrinin müavini, görüşün Ermənistanda keçiriləcəyini bildirdi. Məmmədov, görüşlər vasitəsilə etimadın möhkəmləndirilməsi və davamlı dialoqun qurulmasının nəzərdə tutulduğunu vurğuladı.
Xatırladaq ki, "Sülh körpüsü" dialoq platforması Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətləri arasında müxtəlif məsələlərin müzakirəsi üçün yaradılmışdır. Bu çərçivədə tərəflər mütəmadi şəkildə bir araya gələrək sülh prosesi, regional təhlükəsizlik, media və vətəndaş cəmiyyətinin rolu kimi istiqamətləri müzakirə edirlər.
Platformanın ilk görüşü 21-22 oktyabr 2025-ci il tarixlərində İrəvanda keçirilib. Bu görüşdə dialoqun əsas istiqamətləri müəyyənləşdirilmişdir. İkinci görüş isə 21-22 noyabr 2025-ci il tarixlərində Bakıda baş tutub və burada ekspertlər ilə QHT nümayəndələri iştirak ediblər.
Sonuncu görüş isə 10-12 aprel tarixlərində Qəbələdə baş tutmuşdur. Bu görüşdə iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında dialoq və əlaqələrin inkişafı məsələləri müzakirə olunub.