Ezonn Xəbər

Ağstafadakı partlayışdan sonra Ombudsmandan sərt bəyanat

Ağstafadakı partlayışdan sonra Ombudsmandan sərt bəyanat
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Ağstafa rayonunda baş verən sursat partlayışı nəticəsində bir nəfərin həlak olması və digərinin ağır xəsarət alması Ombudsman Səbinə Əliyevanın ciddi narahatlığına yol açıb. Ombudsman tərəfindən yayımlanan açıqlamada mina və partlamamış hərbi sursatların insanların həyatı üçün böyük təhlükə olduğu qeyd edilib. Açıqlamada bildirilib ki, bu cür mənbələr yalnız insan həyatı üçün deyil, eyni zamanda sağlam ətraf mühitdə yaşamaq hüququnu da pozur. Partlayışlar və torpaq altında qalan sursatlar, kimyəvi çirklənməyə, münbit torpağın sıradan çıxmasına və yeraltı su hövzələrinin çirklənməsinə səbəb olur. Ombudsman, COP31 kimi qlobal əhəmiyyətli iqlim tədbirinin keçirildiyi bir zamanda, Azərbaycanda baş verən bu faciənin beynəlxalq ictimaiyyətin diqqətini mina və partlamamış hərbi sursatların yaratdığı humanitar təhlükələrə yönəltməli olduğunu vurğulayıb. O, eyni zamanda, beynəlxalq təşkilatlar və dövlətləri, bu problemlərin aradan qaldırılması və humanitar minatəmizləmə fəaliyyətinin dəstəklənməsi istiqamətində daha aktiv olmağa çağırıb. İnsanların təhlükəsiz yaşamaq hüququnun təmin olunması üçün tədbirlər görmək zəruridir.