Ezonn Xəbər

Azərbaycanda avtomobillərin median qiyməti 19 500 manata yüksəlib

Azərbaycanda avtomobillərin median qiyməti 19 500 manata yüksəlib
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. 2026-cı ilin oktyabr ayında Azərbaycanın avtomobil bazarında median qiymət 3,7% artaraq 19 500 manata çatıb. Bu artım, avtomobillərin faktiki dəyərindən deyil, satışa çıxarılan nəqliyyat vasitələrinin strukturundakı dəyişikliklərdən yaranıb. Azərbaycan Qiymətləndiricilər Palatasının (AQP) oktyabr ayı üzrə avtomobil bazarı hesabatında satışa çıxarılan avtomobil elanlarının sayı 7% azalmış, bu da 37 531-ə düşüb. Hesabata əsasən, orta satış qiyməti isə 1,9% artaraq 30 089 manat təşkil edib. Satış bazarındakı tendensiyalar, nisbətən ucuz avtomobillərin payının azalmasıda nəzərə çarpır. Məsələn, “LADA” markasının elanlardakı payı 9,4%-dən 8,8%-ə, “Kia”nın isə 7,5%-dən 5,7%-ə düşüb. AQP-nin hesablamalarına görə, oktyabrdakı dəyişikliklər qiymət indeksi 3,7% yüksəlməsi ilə nəticələnib. Eyni marka və model avtomobillərin qiymət dinamikasını ölçən sabit struktur indeksi isə yalnız 0,4% artıb. Oktyabr ayında satışda qalan avtomobillərin 39,6%-ində qiymət endirilib, yalnız 8,9%-də qiymət artımı baş verib. Bu avtomobillər orta hesabla 1,5% ucuzlaşıb. Kütləvi seqmentdə “Hyundai Sonata”nın median qiyməti 2,4% artaraq 23 750 manata, “Ford Fusion”un qiyməti isə 1,6% yüksələrək 18 500 manata çatıb. “Hyundai Santa Fe” isə 1,4% ucuzlaşaraq 28 500 manata düşüb.