Ezonn Xəbər

ABŞ, Çin və Rusiya liderlərinin görüşü razılaşdırılmış gündəlik olmadan keçəcək

ABŞ, Çin və Rusiya liderlərinin görüşü razılaşdırılmış gündəlik olmadan keçəcək
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. ABŞ, Çin və Rusiya, APEC sammiti çərçivəsində liderlərinin görüşünü əvvəlcədən razılaşdırılmış gündəlik olmadan keçirəcəklər. Bu barədə məlumat "Financial Times" (FT) nəşrində yer alıb. Mənbəyə istinadən, bu qərar, adətən öz xarici həmkarları ilə şablonlaşdırılmış müzakirələrə önəm verən Çin Sədri Si Cinpin üçün qeyri-adi bir addım kimi qiymətləndirilib. Beləliklə, görüşdə hansı mövzuların müzakirə ediləcəyi aydın deyil. Eyni zamanda, ABŞ Prezidenti Donald Tramp, Pekinin əvvəllər müzakirə etməkdən imtina etdiyi nüvə silahlarına nəzarət və yayılmaması məsələlərini gündəmə gətirməyi planlaşdırır. Buna baxmayaraq, FT-nin mənbəsi vurğulayıb ki, Tramp hər hansı bir razılaşmanın əldə olunacağını gözləmir, onun məqsədi yalnız diskussiyalara başlamaqdır. Nəşrin həmsöhbəti, tərəflərin Şençjendə Rusiya-Ukrayna münaqişəsinin tənzimlənməsi məsələsini müzakirə edəcəklərinə inanmır. Çünki Pekin bu prosesdə birbaşa iştirakdan qaçır.