Milli Məclis gələn ilin büdcə zərfini I oxunuşda müzakirə edir

Ezonn TV «Report» mənbəsinə istinadən xəbər verir.
Bu gün Milli Məclisdə keçirilən plenar iclasda 2024-cü ilin büdcə zərfi, o cümlədən "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi müzakirə olunub. İclasda büdcənin gəlirləri və xərcləri ilə bağlı proqnozlar təqdim edilib.
Gələn il üçün büdcənin gəlirlərinin 39 milyard 254 milyon manat, o cümlədən mərkəzləşdirilmiş gəlirlərin 38 milyard 518 milyon 425 min manat, yerli gəlirlərin isə 735 milyon 575 min manat olacağı qeyd olunub. Büdcə xərclərinin isə 42 milyard 400 milyon manat proqnozlaşdırıldığı bildirilir. Mərkəzləşdirilmiş xərclərin 41 milyard 664 milyon 425 min manat, yerli xərclərin isə 735 milyon 575 min manat olacağı vurğulanıb.
Bu proqnozlara əsasən, büdcədə 3 milyard 146 milyon manat kəsir yaranacağı gözlənilir ki, bu da illik müqayisədə 1,7 % artım deməkdir. Bununla yanaşı, 2027-ci ildə Azərbaycanın icmal büdcəsinin gəlirlərinin 47 milyard 619,2 milyon manat, xərclərinin isə 50 milyard 377,1 milyon manat olacağı proqnozlaşdırılır.
Müvafiq olaraq, bu rəqəmlər 2026-cı ilin təsdiq olunmuş proqnozları ilə müqayisədə 5,9 % və 3,1 % artım göstərir. İcmal büdcədə isə 2 milyard 757,9 milyon manat kəsir yaranacağı gözlənilir ki, bu da illik müqayisədə 28,7 % azalma deməkdir.