Səhmlərin 29 faiz ucuzlaşmasından sonra investorlar Intel-i məhkəməyə veriblər

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
ABŞ-nin çip istehsalçısı Intel-ə qarşı səhmdarlar tərəfindən kollektiv iddia qaldırılıb. İddia edirlər ki, şirkət fərdi kompüterlər bazarında satışların azalmasının miqyasını gizlədərək onların səhmlərinin bir gündə 29 faiz ucuzlaşmasına səbəb olub.
İddia, Robbins Geller Rudman & Dowd hüquq firması tərəfindən San-Xose şəhərində 2026-cı ilin 23 iyulundan 29 oktyabrına qədər Intel-in adi səhmlərini almış investorlar adından qaldırılıb. İttiham olunanlar arasında Intel-in baş direktoru Tan Lip-Bu və digər rəhbərlər də var.
Intel-in səhmləri, oktyabrın 30-da şirkətin məyusedici gəlir proqnozunu açıqlamasından sonra kəskin şəkildə ucuzlaşıb. Nəticədə, şirkətin bazar dəyərindən on milyardlarla dollar silinib.
İddiada bildirilib ki, Intel özünün fərdi kompüter satışlarının azaldığına dair məlumat vermədən “əhəmiyyətli dərəcədə yanlış və ya çaşdırıcı” bəyanatlar verib. Şirkət oktyabrda elan edib ki, sentyabrda başa çatan üç aylıq dövr ərzində kompüter avadanlıqlarının satışında ciddi azalma müşahidə edilib,
Burada həmçinin qeyd olunub ki, “fərdi kompüterlərə zəif tələbat” rüblük mənfəətin 9 faiz ya da ümumilikdə 800 milyon dollar azalmasına səbəb olub. Hal-hazırda Intel, süni intellekt üçün hesablama gücünə olan tələbatı ödəmək məqsədilə istehsala böyük sərmayələr qoyur, bu da fərdi kompüterlər üçün nəzərdə tutulan çiplərin bahalaşmasına yol açır. İntel-in rəhbəri Tan, sektorun “misli görünməmiş yaddaş qıtlığından” əziyyət çəkdiyini bildirib.