Sahil Babayev: “Azərbaycan ÜDM-dən artıq valyuta ehtiyatlarına malik olan azsaylı ölkələrdəndir”

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Bu ilin 1 oktyabr tarixinə Azərbaycanın məcmu valyuta ehtiyatları 89,4 milyard ABŞ dolları təşkil edib. Bu göstərici, ölkənin xarici dövlət borcunu təxminən 20 dəfə üstələyir və proqnozlaşdırılan illik ÜDM-in 110%-nə bərabərdir. Bu məlumatlar, maliyyə naziri Sahil Babayevin "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı açıqlanıb.
Sahil Babayev, Azərbaycanın valyuta ehtiyatlarının ÜDM-dən artıq olan azsaylı ölkələrdən biri olduğunu vurğulayıb. O, belə yüksək ehtiyat səviyyəsinin makroiqtisadi sabitlik, milli valyutanın-dayanıqlılığı və xarici öhdəliklərin təminatı üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirib.
Nazir, 2027-ci il üçün Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) real ifadədə 2,7% artımla 141 milyard manat olacağını proqnozlaşdırıb. İqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun isə dinamik inkişafı nəticəsində, ÜDM-in 77,4%-nin qeyri-neft sektoruna aid olacağı gözlənilir. Bu, 2026-cı illə müqayisədə nominal ifadədə 9,1 milyard manat, real ifadədə isə 4,4% daha çoxdur.
Bununla yanaşı, 2027-ci il üçün manatın məzənnəsinin sabit saxlanılacağı, illik inflyasiyanın isə 5,3% təşkil edəcəyi proqnozlaşdırılır. Neft qiymətinin isə "Azəri light" markalı xam neft üzrə orta hesabla 65 ABŞ dolları səviyyəsində olacağı gözlənilir. Beynəlxalq maliyyə bazarlarındakı dalğalanmalar da nəzərə alınaraq, mühafizəkar yanaşma tətbiq edilib.