Putin, Si Cinpin və Tramp arasında üçtərəfli görüşün gündəliyi açıqlanıb
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
Rusiya Prezidenti Vladimir Putin, Çin Prezidenti Si Cinpin və ABŞ Prezidenti Donald Tramp noyabrın 19-da Çinin Şençjen şəhərində keçirilecek üçtərəfli görüşdə qlobal sülhün və strateji sabitliyin qorunmasını müzakirə edəcəklər. Bu görüş, üç ölkənin liderləri arasında bu formatda ilk əyani görüş olacaq.
Çin Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ninqin verdiyi məlumata görə, sammit beynəlxalq təhlükəsizlik və dünyanın böyük dövlətləri arasındakı münasibətlərin əsas məsələlərinə yönələcək. O, danışıqlar zamanı liderlərin qlobal sülhün qorunması və strateji sabitliyin gücləndirilməsi ilə bağlı dərin fikir mübadiləsi aparacaqlarını qeyd edib.
Mao Ninq əlavə edib ki, Rusiya, ABŞ və Çin, qlobal çağırışlara cavab vermək, beynəlxalq sülhün təşviqi və sabitliyin gücləndirilməsi üçün ortaq məsuliyyət daşıyırlar. Pekin, bu üç ölkə arasında əməkdaşlığın inkişafının bütün beynəlxalq ictimaiyyətin maraqlarına uyğun olduğunu vurğulayıb.
Görüş, Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində təşkil ediləcək. Moskva vaxtı ilə səhər saat 9:30-da Kylin Villa otel kompleksində başlanacağı bildirilib.