Ezonn Xəbər

Mənzil bazarında kəskin ucuzlaşma gözlənilir?

Mənzil bazarında kəskin ucuzlaşma gözlənilir?
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Son dövrlərdə dünya ölkələrində mənzil bazarında qiymətlərin ucuzlaşması müşahidə olunur. Lakin Azərbaycanda daşınmaz əmlakın bahalaşması tendensiyası diqqət çəkir. Xüsusilə ABŞ və digər ölkələrdə qiymətlərin aşağı düşməsi, Azərbaycanın bu sahəsində artımın davam etməsi suallar doğurur. İqtisadçı-ekspert Asif İbrahimov "Cebheinfo.az"-a verdiyi müsahibədə bildirir ki, Azərbaycanda, xüsusilə Bakı şəhərində mənzil qiymətlərinin artımı bir neçə əsas iqtisadi amillərlə əlaqədardır. Burada, daşınmaz əmlak bazarında tələbin artması ilə təklif arasında mövcud dengesizlik ön plana çıxır. Bakı şəhərində əhalinin yoğunlaşması, iş imkanlarının artması və yeni ailələrin formalaşması, mənzil tələbatını artırır. Eyni zamanda, tikinti sektorunda maya dəyərlərinin yüksəlməsi də qiymətlərin artımına təsir edir. Tikinti materiallarının, torpaq sahələrinin qiymətinin, əməkhaqqının yüksəlməsi, yeni tikililərin maliyyətinə təsir edir. Tikinti şirkətləri bu xərcləri satış qiymətlərinə yansıdır. Daşınmaz əmlakın investisiya aləti olaraq qəbul edilməsi və bank depozitləri əvəzinə mənzilə yönəldilməsi də tələb yaradır. Asif İbrahimov əlavə edir ki, Bakı və Abşeron ərazisində tikinti üçün ola torpaq məhdudiyyətləri qiymət yüksəlməsinin digər səbəblərindəndir. ABŞ-da ipoteka faizlərinin yüksəkliyi mənzil alma imkanlarını məhdudlaşdırır və tələbi azaldır. Azərbaycanda isə bu proseslər fərqli reaksiya doğurur, baza dinamikası başqa cür mütənasibdir. Gələcəkdə mənzil qiymətlərinin necə dəyişəcəyinə gəlincə, ekspert hesab edir ki, kəskin ucuzlaşma ehtimalı azdır. Lakin qiymət artımının uzun müddət davam etməsi də reallıqdan uzaq görünür. Alıcılıq qabiliyyəti ilə qiymət arasında yaranan potensial fərq, bazar dinamikasında ziddiyyətlər yaradacaq. Nəticədə gələcəkdə qiymət artımının sürətinin azalması gözlənilir.