Ezonn Xəbər

Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir

Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. Birbank, hərbçi müştərilərinə maliyyə ehtiyaclarını daha sərfəli şərtlərlə qarşılamağı məqsəd qoyaraq xüsusi kredit kampaniyasına start verib. Kampaniya 12–30 noyabr tarixlərində keçiriləcək və hərbçilər 50,000 AZN-ə qədər nağd krediti 5%-dək endirimlə əldə edə biləcəklər. Kampaniyanın diqqətçəkən cəhətlərindən biri, kredit müraciətinin sadələşdirilməsi prosesidir. Rəsmiləşdirmə zamanı əlavə sənədlər tələb olunmur, müraciət həm onlayn, həm də oflayn şəkildə rahatlıqla həyata keçirilir. Bu sayede müştərilər, kredit üçün müraciət etdiklərində daha az vaxt sərf edərək maliyyə imkanlarına asanlıqla çıxış əldə edə biləcəklər. Birbank mobil tətbiqi vasitəsilə onlayn kredit müraciəti etmək imkanı da var. Həmçinin, müştərilər Birbank çatı, 196 Əlaqə Mərkəzi və ya istənilən Kapital Bank/Birbank filialına yaxınlaşaraq kredit fürsətindən yararlana bilərlər. Birbank, bu kampaniya ilə hərbçilərə daha əlçatan və sərfəli maliyyə həlli təqdim etməyi planlayır. Bu, onların maliyyə ehtiyaclarını qarşılamağa kömək edərək, Azərbaycan müharibə iştirakçılarının həyatını asanlaşdıracaq bir addım sayılır.