Prokuror general qızı haqda qərardan protest verdi

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
Prokuror general Natiq Əliyev, külli miqdarda dələduzluqda ittiham olunan qızı Türkər Əliyeva ilə bağlı ev dustaqlığı qərarına protest verib. Qərar artıq məhkəməyə təqdim edilib.
Məlumata görə, prokuror, ağır cinayətdə ittiham olunan Türkər Əliyevanın azadlıqda qalmasına razı deyil. İstintaqdan yayınma və tərəflərə təsir ehtimallarını əsas gətirərək, generalın qızının həbs edilməsini tələb edir.
Şikayət, Sumqayıt Apellyasiya Məhkəməsində araşdırılacaq. Qeyd edək ki, bu iş üzrə şikayətçi, ehtiyatda olan general Ceyhun Rzayevdir. Rzayev, Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyəti sədrinin müavini olaraq fəaliyyət göstərir.
İttihama görə, Türkər Əliyeva, torpaq sahəsinin sənədləşdirilməsinə kömək etmək adı ilə Ceyhun Rzayevdən külli miqdarda pul alıb. Ötən həftəsonu isə, Sumqayıt Şəhər Məhkəməsi, Türkər Əliyevanın həbs olunması ilə bağlı təqdimatı təmin etməyib. Hakim, onun üçü azyaşlı, biri yetkinlik yaşına çatmayan övladının olmasını və dəymiş ziyanın bir qismini ödədiyini əsas götürüb.