Ezonn Xəbər

Bölgələrdə sahibkarlıqla məşğul olanlara ŞAD xəbər

Bölgələrdə sahibkarlıqla məşğul olanlara ŞAD xəbər
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. İqtisadiyyat naziri Mikayıl Cabbarov, Milli Məclisin plenar iclasında bildirib ki, Bakı və Abşerondan kənarda sahibkarlıq kreditləri üzrə faizin yarısı dövlət tərəfindən subsidiyalaşdırılacaq. Beləliklə, sahibkarlar üçün kredit zəmanətinin limiti də artırılaraq 20 faizdən 50 faizə qaldırılıb. Nazir qeyd edib ki, qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən özəl subyektlərə sosial sığorta haqlarını ƏDV depozit hesabındakı vəsaitlə ödəmək imkanı yaradılacaq. Bu, sahibkarlara daha geniş maliyyə imkanları açır. Mikayıl Cabbarov, 2027–2030-cu illərdə sənaye və kənd təsərrüfatı obyektlərinin elektrik şəbəkəsinə qoşulma haqqının yarısının dövlət tərəfindən ödəniləcəyini də bildirib. Həmçinin, ixracatçılar üçün nəqliyyat xərclərinin 70 faizədək hissəsi, mikro, kiçik və orta ixracatçılar üçün isə gömrük rəsmiləşdirilməsi üzrə xərclərin bir hissəsi dövlət tərəfindən kompensasiya olunacaq. Gələn ildən Ələt Azad İqtisadi Zonasında istehsal olunan məhsulların ən azı 50 faizinin ixrac edilməsi şərti ilə, həmin məhsulların daxili bazara gömrük rüsumu tətbiq olunmadan çıxarılması planlaşdırılır. 2026-cı ilə qədər zonanın infrastrukturuna 150 milyon manatadək vəsait ayrılması nəzərdə tutulur.