Ezonn Xəbər

25 iş günü, 11 min dollar maaş: Azərbaycanda iş elanı

25 iş günü, 11 min dollar maaş: Azərbaycanda iş elanı
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Asiya İnkişaf Bankı (AİB) Abşeron dairəvi dəmir yolu layihəsinin hazırlanması üçün milli sosial təminatlar üzrə mütəxəssis cəlb edilməsi barədə elan yayıb. Elana əsasən, müvafiq işlər üzrə fərdi məsləhətçi xidmətlərinin satın alınması nəzərdə tutulur. Elanda göstərilir ki, mütəxəssisin cəlb edilməsi üçün ayrılmış büdcə 11 min ABŞ dollarsı təşkil edir. Mütəxəssisin iş həcmi isə 25 iş günü olaraq planlaşdırılıb. Məsləhətçinin işə 2026-cı il dekabrın 1-də başlaması gözlənilir. Müqavilənin uzadılması isə mütəxəssisin fəaliyyətinin qənaətbəxş qiymətləndirilməsi və AİB-in, eləcə də müvafiq dövlət qurumlarının qərarı əsasında mümkün olacaq. Maraqlanan şəxslərin müraciətləri 2026-cı il noyabrın 18-dək qəbul ediləcək. Layihənin icraçı qurumu “Azərbaycan Dəmir Yolları” QSC-dir. Bununla yanaşı, elanın əlaqələndirici şəxsi olaraq AİB-in baş nəqliyyat mütəxəssisi Jurgen Sluijter qeyd edilib. Qeyd edək ki, Abşeron dairəvi dəmir yolu xətti 2020-ci il martın 18-də Pirşağı–Görədil–Novxanı–Sumqayıt hissəsinin açılması ilə tam istismara verilib. Xəttin istismar uzunluğu 91 kilometr, stansiya yolları ilə birlikdə isə 198 kilometrdir.