Ezonn Xəbər

Maliyyə sektorunun yeni inkişaf strategiyası hazırlanır

Maliyyə sektorunun yeni inkişaf strategiyası hazırlanır
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. Maliyyə sektorunun 2027–2030-cu illəri əhatə edən yeni inkişaf strategiyası hazırlanır. Bu barədə Azərbaycan Mərkəzi Bankının sədri Taleh Kazımov, Milli Məclisin bugünkü plenar iclasında məlumat verib. O, dövlət büdcəsi zərfinin müzakirəsi zamanı strategiyanın əhəmiyyətini vurğulayıb. Kazımov, 2024–2026-cı illəri əhatə edən mövcud strategiyanın icrasının bu ilin sonunda başa çatacağını qeyd etdi. Hal-hazırda bu strategiyanın icra səviyyəsi 91 faizdir ki, bu da müsbət göstərici sayıla bilər. Yeni strateji sənədin ilin sonunadək hazırlanması planlaşdırılır. Kazımovun sözlərinə görə, bu sənəd iki əsas məqsəd müəyyənləşdirəcək: maliyyə sektorunun inkişafı və dayanıqlığının təmin edilməsi. Mərkəzi Bankın sədri, maliyyə sektorunun inkişafı istiqamətində real sektorun maliyyələşdirilməsi, rəqəmsallaşma, innovativ həllərin tətbiqi, maliyyə xidmətlərinin inklüzivliyinin artırılması kimi tədbirlərin nəzərdə tutulduğunu bildirdi. Eyni zamanda, tənzimləmə siyasətinin təkmilləşdirilməsi ilə maliyyə sektorunun dayanıqlığını təmin etməyi hədəflədikləriniz əlavə etdi.