Ezonn Xəbər

Noyabrın 17-də hava proqnozu

Noyabrın 17-də hava proqnozu
Ezonn TV «Lent.az» mənbəsinə istinadən xəbər verir. Noyabrın 17-də ölkəmizdəki hava şəraiti ilə bağlı məlumatlar açıqlanıb. Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata görə, Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, ara-sıra tutulacaq, əsasən isə yağmursuz olacaq. Lakin axşam saatlarında bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağışın yağacağı ehtimal edilir. Bu gün səhər saatlarında şimal-qərb küləyi mülayim cənub-qərb küləyi ilə əvəzlənəcək. Havanın temperaturu gecə saatlarında 7-9 dərəcə isti, gündüz isə 12-16 dərəcə isti olacağı gözlənilir. Atmosfer təzyiqi 769 mm civə sütunundan 763 mm civə sütununa enəcək. Nisbi rütubət 60-70% səviyyəsində qalacaq. Rayonlarda havanın əsasən yağmursuz keçməsi nəzərdə tutulur, lakin gecə və səhər saatlarında bəzi yerlərdə yağıntıların olacağı, daha doğrusu, dağlıq ərazilərdə qar yağacağı müsbət ehtimal olunur. Bəzi yerlərdə arabir duman da müşahidə ediləcək. Havanın temperaturu gecə saatlarında 4-8 dərəcə isti, gündüz 12-16 dərəcə isti, dağlarda isə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə isti olması proqnozlaşdırılır.