Sabah hava yağmursuz olacaq

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Bakıda və Abşeron yarımadasında noyabrın 17-də hava şəraitinin dəyişkən buludlu olacağı, lakin əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, axşam saatlarında şəhərətrafı ərazilərdə qısamüddətli yağışların ehtimalı var.
Səhər saatlarında şimal-qərb küləyi mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə saatlarında 7-9 dərəcə, gündüz isə 12-16 dərəcə arasında dəyişəcək. Atmosfer təzyiqinin 769 mm civə sütunundan 763 mm-ə enməsi gözlənilir.
Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi bildirilir. Lakin gecə və səhər bəzi yerlərdə yağıntıların, dağlıq ərazilərdə isə qarın yağması proqnozlaşdırılır. Ayrı-ayrı bölgələrdə arabir duman yaranması ehtimalı da var.
Daha dəqiq hava proqnozuna görə, gecə saatlarında havanın temperaturu 4-8 dərəcə, gündüz isə 12-16 dərəcə arasında olacaqdır. Dağlıq ərazilərdə bu rəqəmlər 5-10 dərəcə şaxta, gündüz isə 0-5 dərəcə isti olacaq.