İqtisadiyyat naziri: Növbəti dövrlərdə iqtisadi artım özəl sektora və özəl investisiyalara söykənəcək

Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir.
İqtisadiyyat naziri Mikayıl Cabbarov, "Azərbaycan Respublikasının 2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsinin Milli Məclisin plenar iclasında müzakirəsi zamanı iqtisadi artımın gələcəkdə özəl sektora və özəl investisiyalara söykənəcəyini bildirilib.
Nazir, dövlət xərclərinin optimallaşdırılması nəticəsində dövlətin iqtisadiyyatdakı rolu investor funksiyasından əlverişli şərait yaradan və riskləri bölüşən tərəfdaş funksiyasına keçəcəyini vurğulayıb. Bu keçidin ilkin nəticələrinin artıq nəzərə çarpdığını qeyd edən Cabbarov, cari ilin 10 ayında qeyri-neft-qaz sektorunda özəl investisiyaların 18 faiz artdığını bildirib.
İqtisadi artımın yeni mənbələrinin işə salınmasının vacibliyini vurğulayan nazir, daxili tələbin struktur transformasiyasının əhəmiyyətini də qeyd edib. O, dövlətin əhəmiyyətli həcmdə mal və xidmət satın aldığını, bu satınalmaların bir hissəsinin idxal yolu ilə təmin edildiyini əlavə edib. Yerləşdiriləcək dövlət satınalmalarının yerli istehsala yönləndirilməsinin vacib olduğunu da söyləyib.
Cabbarov, əczaçılıq və rəqəmsal həllər sahələrinin bu kontekstdə bariz nümunələr olduğunu vurğulayaraq, bu sahələr üzrə alışların yerli istehsalçılar üçün sabit bazar yaratdığını nəzərə çatdırıb. Bu istiqamətdə müvafiq tədbirlərin görülməkdə olduğunu da xüsusi olaraq qeyd edib.