Azərbaycan 2030-cu ildə 27-ci Dünya Enerji Konqresinə ev sahibliyi edəcək

Ezonn TV «Trend» mənbəsinə istinadən xəbər verir.
BAKU, Azərbaycan, 16 noyabr. Azərbaycanın 2030-cu ildə 27-ci Dünya Enerji Konqresini (WPC Energy) keçirəcəyi, ölkənin Energetika Naziri Pərviz Şahbazovun sosial mediada etdiyi paylaşımda qeyd edilib. Nazirin sözlərinə görə, bu tədbirin ölkəmizdə keçirilməsi enerji sektorunda müzakirələrin və beynəlxalq əməkdaşlığın genişlənməsində mühüm rol oynayacaq.
Nazir Pərviz Şahbazov paylaşımında WPC Energy-nin prezidenti Pedro Miras ilə imzalanmış Anlaşma Memorandumuna da toxunub. O, Azərbaycanın qlobal neft sənayesinin mərkəzi sayıldığına və bu konqresin tarixi köklərlə müasir inkişafı birləşdirmək baxımından xüsusilə əhəmiyyətli olduğuna vurğu edib.
Qeyd edək ki, WPC Energy siyasi olmayan, xeyriyyə statusu olan bir təşkilatdır. 1933-cü ildən fəaliyyət göstərən bu qurum, 60 milli komitəni bir araya toplayır, enerji və enerji məhsulları haqqında açıq dialoq yolu ilə cəmiyyətin fəaliyyəti üçün onların davamlı istifadəsinin prinsiplərini təşviq edir.
Dünya Enerji Konqresi adətən 15,000-dan çox iştirakçını bir araya gətirir və karbonsuzlaşma istiqamətində müzakirələrin aparılması üçün neytral, inklüziv bir platforma yaradır. Tədbirdə dövlət başçıları, nazirlər, CEO-lar, beynəlxalq təşkilatların rəhbərləri ilə yanaşı mühəndislər, alimlər və qeyri-hökumət sektoru nümayəndələri də iştirak edir.