QHT-lərin yaradılması və fəaliyyətinin bərpası qaydaları dəyişir

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda qeyri-hökumət təşkilatlarının (QHT) yaradılması və fəaliyyətinin bərpası istiqamətində yeni qanun layihəsi təqdim olunub. Milli Məclisin plenar iclasının gündəliyinə daxil edilən "Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında" qanuna dəyişikliklər ictimai birliklərin və fondların növlərinin müəyyənləşdirilməsini ehtiva edir.
Layihəyə əsasən, hər bir ictimai birlik və fond yalnız bir növdə yaradılacaq, bu da onların fəaliyyət sahələrini daha aydın şəkildə sistemləşdirməyə imkan tanıyacaq. QHT-lər, peşə, sosial-humanitar, mədəniyyət, təhsil, ekologiya, hüquq, iqtisadi sahələr kimi spesifik sahələrdə fəaliyyət göstərə biləcəklər.
Eyni zamanda, fondların yaradılması üçün ictimai faydalı və xeyriyyə fondu kimi növlər nəzərdə tutulur. QHT-lərin daimi və ya konkret məqsədlərə nail olmaq üçün yaradıla biləcəyi barədə də məqamlar qeyd olunub. Bu dəyişikliklər, həmçinin xarici dövlətlərin QHT-lərinin filial və nümayəndəliklərinin fəaliyyətinin vaxtından əvvəl bərpasını da mümkün edir.
Fəaliyyətin dayandırılmasına səbəb olan pozuntular aradan qaldırıldıqda, müvafiq icra hakimiyyəti orqanı təşkilatın fəaliyyətini bərpa edə biləcək. Bu yeni qayda, əvvəllər məhkəmənin iştirakını və təşkilat üzvlərinin müraciətini tələb edən müddəanın ləğvini də ehtiva edir. Buna görə də, pozuntuların bərpası fəaliyyətin bərpası üçün əsas olacaq. Layihə, həmçinin QHT-lərin fəaliyyətinin dayandırılması və ləğv edilməsi halarını dəqiqləşdirməyi hədəfləyir.