Ezonn Xəbər

Bolqarıstan sahillərində yük gəmisi batdı

Bolqarıstan sahillərində yük gəmisi batdı
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Bu gün Qara dənizdə Bolqarıstanın iqtisadi zonasındakı bir yük gəmisi batıb. Gəmi Somali bayrağı altında üzürdü və onun heyətində 12 nəfər qeyd olunub. Hadisə ilə bağlı Bolqarıstan Nəqliyyat Nazirliyi məlumat verib. Məlumata əsasən, gəmi Rumıniyadan Misirə üç ton buğda daşıyırmış. Gəminin köməklik siqnalı göndərməsi, onun batma anında baş verdiyi anlaşılıb. Hələlik gəmi heyətinin olduğu yer barədə ətraflı məlumat verilmir. Hadisə yerinə Bolqarıstana məxsus iki, Rumıniya və Türkiyəyə məxsus bir gəmi göndərilib. Gəmiyə yardım üçün olan cəhdlərin bu gün reallaşması gözlənilir, lakin heyət üzvlərinin taleyi hələ də məlum deyil.