Ezonn Xəbər

Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırıb

Aİ Ukraynaya 8 milyard avro maliyyə yardımı ayırıb
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Avropa İttifaqı (Aİ), Ukraynaya "Ukraine Facility" proqramı çərçivəsində 8 milyard avro həcmində maliyyə yardımı ayırdığını təsdiqləyib. Bu, Aİ Şurasının rəsmi saytında yayımlanan məlumatda bildirilib. Bu proqram çərçivəsində ayrılan vəsait, Ukraynaya verilən ən böyük birdəfəlik ödənişdir. Ən azı 5 milyard avro həcmində maliyyə, "Ukraine Support Loan" proqramı vasitəsi ilə 2026-cı ilə nəzərdə tutulur. Bu proqramın əsas məqsədi Ukraynanın bərpası və modernləşdirilməsidir. Maliyyə vəsaitinin köçürülməsi, Ukraynanın "Ukrayna Planı" çərçivəsində götürdüyü öhdəlikləri yerinə yetirməsindən asılıdır. Bu plan ölkənin bərpa, yenidən qurulma və islahatlarına dair strategiya və qrafiki əhatə edir. Qeyd edək ki, "Ukraine Facility" proqramı 2024-cü ilin martın 1-dən qüvvəyə minib. 2024-2027-ci illərdə bu proqram çərçivəsində Ukraynaya 50 milyard avrodan çox maliyyə dəstəyi göstərəcək qrant və kreditlərin verilməsi planlaşdırılır.