2026-cı ildə Azərbaycanda həbs edilən vəkillər – ARAŞDIRMA

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
2026-cı ildə Azərbaycanda bir neçə vəkilin həbsi ilə bağlı ciddi hadisələr qeydə alınıb. Açıq mənbələrdə yayılan məlumatlara görə, bu həbslər arasında üç fəaliyyət göstərən və bir keçmiş vəkil var. Həbs olunanların əksəriyyəti dələduzluq və hədə-qorxu ilə tələb etmə ittihamları ilə üzləşib.
İlk həbs hadisəsi yanvar ayında yaşanıb. Keçmiş vəkil İbrahim Hüseynov, 2022–2025-ci illərdə Vəkillər Kollegiyasının üzvü olmuşdur. O, 25 noyabr 2025-ci il tarixində Kollegiyanın Rəyasət Heyəti tərəfindən üzvlükdən xaric edilib. İddialara görə, İbrahim Hüseynov 2024-cü ildə narkotik ittihamı ilə həbs olunmuş F. Şahbazovun azadlığa buraxılması üçün onun ailə üzvlərindən 44 min manat vəd edərək pul alıb. Lakin vədinə əməl etmədiyi üçün şikayətçi olan ailə hüquq-mühafizə orqanlarına müraciət edib. İbrahim Hüseynov Cinayət Məcəlləsinin 178.2.3-cü və 178.2.4-cü maddələri ilə ittiham olunaraq 2 il müddətinə azadlıqdan məhrum edilib.
İkinci həbs olunan vəkil Ilqar Həmidov, 11 saylı Vəkil Bürosunda fəaliyyət göstərib. O, vətəndaş şikayəti əsasında Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılıb. Həmidova qarşı Cinayət Məcəlləsinin 178.2.2-ci və 178.2.4-cü maddələri ilə ittiham irəli sürülüb və Nərimanov Rayon Məhkəməsi tərəfindən barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
Noyabr ayında isə Raman Abışovun həbsi həyata keçirilib. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən saxlanılan Abışov, hədə-qorxu ilə tələb etmə ittihamı ilə üzləşir. Xüsusilə, onun müdafiə etdiyi şəxsin Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızı olması məsələyə diqqət çəkib.
Eyni zamanda, Elçin Əmirov da noyabr ayında saxlanılıb və onun barəsində Cinayət Məcəlləsinin 178.2.2-ci və 182-ci maddələri ilə ittihamlar irəli sürülüb. Məhkəmə qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib. Beləliklə, 2026-cı il ərzində Azərbaycanda dörd vəkilin həbsi baş verib.