Ezonn Xəbər

130 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib

130 minədək şəxsə reabilitasiya xidmətləri göstərilib
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi bu ilin yanvar-oktyabr aylarında əlilliyi olan 130 minədək şəxsi reabilitasiya xidmətləri ilə təmin edib. Bu dövr ərzində 70 min şəxs ambulator, 32,6 min şəxs isə stasionar və icma əsaslı reabilitasiya xidmətlərindən yararlanıb. Digər müştərilərə isə səyyar və onlayn formada, habelə sosial-psixoloji istiqamətlər üzrə xidmətlər təqdim edilib. Agentliyin reabilitasiya müəssisələrində ənənəvi üsulların yanında qabaqcıl dünya təcrübəsinə uyğun metodlar da tətbiq edilir. Məsələn, robotik, sosial-psixoloji reabilitasiya, yoqa, hippoterapiya və rəqs terapiyası kimi müasir yanaşmalar bu müəssisələrdə geniş istifadə olunur. Bundan əlavə, stasionar və ambulator xidmətlərlə yanaşı, icma əsaslı, telereabilitasiya və səyyar formalarda da xidmətlər göstərilir. Beləliklə, reabilitasiya xidmətlərinin çeşidi daha da artırılmışdır.