Ezonn Xəbər

Norveçdə quş qripi epidemiyası yayılıb

Norveçdə quş qripi epidemiyası yayılıb
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Norveçdə quş qripi epidemyası sürətlə yayılmağa başlayıb və bu, yumurta və toyuq ətinin tədarükündə problemlərə səbəb ola bilər. Ölkənin Qida Təhlükəsizliyi İdarəsi, bu vəziyyətlə bağlı mümkün ərzaq qıtlığına dair ictimaiyyəti xəbərdar edib. Norveç Qida Təhlükəsizliyi İdarəsinin baş direktoru İnqunn Midttun Qodal, NRK-yə verdiyi müsahibədə, dünyada quş qripi epidemiyalarının artdığını vurğuladı. Onun fikrincə, bu və ya digər təsirli epidemiyalar nəticəsində, quşçuluq təsərrüfatlarındakı istehsal azalması, yumurta və toyuq ətində qıtlığa yol aça bilər. Qodal, Norveç Kənd Təsərrüfatı İdarəsinə də tövsiyə edərək, ölkəyə yumurta və toyuq əti idxalını artırmasını istədi. Eyni zamanda, epidemiya səbəbindən indiyə qədər 100 min baş ev quşunun məhv edildiyi məlum olub. Bu, vəziyyətin ciddiliyini bir daha təsdiqləyir.