İran Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus PUA-nı ələ keçirdiyini iddia edir

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Hörmüz boğazı yaxınlığında ABŞ-a məxsus MQM-170 tipli hərbi pilotsuz uçuş aparatını ələ keçirdiyini bildirmişdir. Bu məlumat İranın dövlət mediasında SEPAH-ın Hərbi Dəniz Qüvvələrinin bəyanatına əsasən yayılmışdır.
Hadisə noyabrın 16-da səhər saatlarında Qəşm adasının cənubunda baş vermişdir. İran hərbçiləri bu əməliyyatda elektron müharibə sistemlərindən istifadə edərək, pilotsuz aparanın idarəetmə sistemini ələ keçirərək, onu zədələmədən yerə endirməyi bacarmışlar.
SEPAH-ın xəbərinə görə, bu, elektron müharibə və pilotsuz uçuş aparatı komandanlığı tərəfindən tam vəziyyətdə ələ keçirilən dördüncü MQM-170 tipli pilotsuz aparatdır. Bu hadisə, regional gərginliyin artdığı bir dönəmdə baş verməsi ilə diqqət çəkir və İranın ərazi mühafizəsinə dair strateji sistemlərini ortaya qoyur.