Ezonn Xəbər

İordaniya “Telegram”ı bloklayıb, İraqda isə məhdudiyyət xəbərləri yayılıb

İordaniya “Telegram”ı bloklayıb, İraqda isə məhdudiyyət xəbərləri yayılıb
Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir. İordaniya hakimiyyəti, milli təhlükəsizlik məsələləri və qanunsuz məzmunun yayılması ilə bağlı artan narahatlıqlar fonunda, “Telegram” sosal şəbəkəsinə ölkə ərazisində girişi qadağan edib. Bu qərar, noyabrın 16-da İordaniya İctimai Təhlükəsizlik İdarəsinin açıqlaması ilə gündəmə gəlib. Rəsmi açıqlamada bildirilir ki, bloklama qarışıya kibercinayətkarlığın, şantajın, təhdidlərin və ekstremist məzmunun yayılmasının qarşısını almaq məqsədini güdür. Bu addım, İordaniyanın təhlükəsizlik tədbirlərini gücləndirməyə çalışdığı bir dövrdə atılır. “Telegram”ın bloklanması, 2022-ci ilin oktyabrında kilsəyə hücum nəticəsində doqquz nəfərin həyatını itirməsi ilə bağlı təhlükəsizlik tədbirlərinin artırıldığı bir zamanda həyata keçirilib. Hakimiyyət, bu hücumla əlaqədar olaraq üç nəfəri ölüm cəzasına məhkum edib. Məlumata görə, rəsmi qurumlar bu məhdudiyyətin nə qədər müddət davam edəcəyini açıqlamayıb, “Telegram”ın isə bu qərara dair hələlik heç bir rəy bildirmədiyi qeyd edilir. Daha əvvəl, 2022-ci ildə də İordaniya, təhlükəsizlik səbəblərini əsas gətirərək “TikTok” platformasını bloklamışdı.