Bolqarıstan sahillərində Azərbaycan və Türkiyə vətəndaşlarının olduğu yük gəmisi batdı

Ezonn TV «Report» mənbəsinə istinadən xəbər verir.
Qara dənizin Bolqarıstan sahillərində "BETUL 8" adlı yük gəmisi qəza keçirib. Gəmidə 12 nəfər heyət üzvü olub. Bu şəxslərin 8-i Türkiyədən, 4-ü isə Azərbaycandandır. Məlumatlara görə, partlayışın səbəbi hələlik dəqiqləşdirilməyib.
Qəza saat 9:15-də baş verib və fəlakət siqnalı Varnadakı Dəniz Xilasetmə Koordinasiya Mərkəzinə göndərilib. Gəmi, Bolqarıstanın müstəsna iqtisadi zonasının Kaliakra burnundan təxminən 40 dəniz mili cənub-şərqdə yerləşib. Gəminin daşıdığı yük isə 3 ton səpmə buğdadan ibarət olub.
"BETUL 8" gəmisi Somali bayrağı altında üzürdü və Rumıniyadan Misirə yola düşmüşdü. Mart ayının 14-də baş verən bu hadisə ilə bağlı Bolqarıstan Nəqliyyat Nazirliyi məlumat yayıb. Hazırda heyət üzvlərinin hamısının xilas edildiyi bildirilir.