Binəqədidə restorandakı yanğın söndürülüb - YENİLƏNİB - VİDEO

Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir.
Bakı şəhərinin Binəqədi rayonunda, Atatürk prospektində yerləşən bir restoranda yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin (FHN) məlumatına görə, yanğın genişlənmədən qısa zamanda söndürülüb.
Yanğının səbəbi ilə bağlı restoranın nümayəndəsi Orxan Abdiyev açıqlama verib. Onun sözlərinə görə, yanğın manqaldan meydana gəlib. "Manqal aşağıda idi. Ətrafında alışan nəsə yox idi, nəzarət var idi. Sadəcə həmin adam ayrı yerdə olub, bilməyib" - Abdiyev qeyd edib.
Xüsusi xidmətlərin yanğın bölgəsinə cəlb edildiyi və zəruri tədbirlərin görüldüyü bildirilir. Restoran nümayəndəsi, yanmış ərazinin dəqiq miqyasını öyrənə bilmədiyini, lakin xəsarət alan olmadığını vurğulayıb.
Sosial şəbəkələrdə yanan obyektin restoran olduğu məlumatları yayılmaqdadır. Hadisənin tez bir zamanda nəzarət altına alındığı FHN tərəfindən təsdiqlənib.