Bank əmanətlərinin vergiyə cəlb edilməsi üzrə güzəşt bitir - 2027-ci ildən nə gözlənilir?

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda bank əmanətlərinin faiz gəlirlərinə tətbiq edilən vergi güzəştlərinin müddətinin uzadılması məsələsi müzakirə olunur. 2026-cı ilin sonunda başa çatacaq olan güzət, 18 ay və daha uzun müddətlə manatla yerləşdirilən əmanətlərin faiz gəlirlərini tam kəsilmədən qoruyur.
2000-ci illərin əvvəllərindən günümüzədək, bank əmanətlərinin vergidən azad edilməsinin məqsədi, əhalinin banklara olan etimadını artırmaq və bank sektorunun maliyyə dayanıqlığını gücləndirmək olub. 2015-ci ildən başlayan vergilərin tədbiq edilməsi nəticəsində, faiz gəlirlərinin ilk 500 manatı vergidən azad olunub, lakin 10% gəlir vergisi tutulmuşdur.
2023-cü ilin fevralından isə, əvvəlki 7 illik güzəştin başa çatması ilə bank əmanətlərinin faiz gəlirlərinə yenidən vergi tətbiq olunmağa başlanıb. Lakin 2024-cü ildən yeni güzəşt mexanizmi ilə hər bir bankda manatla yerləşdirilən əmanətlərin aylıq faiz gəlirlərinin 200 manatadək hissəsi vergidən azad olunur.
Deputat Vüqar Bayramovun sözlərinə görə, hazırda müzakirədə olan qanun layihəsində bank əmanətlərinin vergiyə cəlb olunması məsələsi öz əksini tapmır. 2027-ci ildən başlayaraq, 18 ay və daha uzun müddətə qoyulan əmanətlər, aylıq faiz gəlirlərinin 200 manatdan artıq hissəsinə 10% vergi tətbiq ediləcək, bu da hər ay və illik olaraq əhəmiyyətli bir yük yaradacaq.
Hazırda bankların ümumi öhdəliklərinin 76,4 faizi depozit portfelindən ibarətdir, bu da fiziki şəxslərin əmanətinin təxminən 64,7 faizini təşkil edir. Vergi güzəştlərinin tətbiqindən sonra unikal əmanətçilərin sayı 226,1 minə yüksəlib, bu da əhalinin bank sisteminə olan inamını artırır.