Fransa Rusiyanı atəşkəsə razılaşmağa çağırdı

Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir.
Fransanın xarici işlər naziri Jan-Noel Barro, Ukraynada davam edən müharibəyə son qoyulması üçün Rusiyanı atəşkəsə razılaşmağa çağırıb. Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putinə bu cür təkliflər bir neçə dəfə irəli sürülüb.
Barro vurğulayıb ki, müharibənin dayandırılması üçün ilk addım müstəmləkəçi və imperialist təcavüzə son qoymaqdır. O, Putinə etdiyi təkliflərin qəbul edilib-edilməməsinin onun ixtiyarında olduğunu bildirib.
Nazir, Avropadakı ölkələrin təhlükəsizliyinin təminatında qərarı yalnız həmin ölkələrin öz xalqı və rəhbərliyinin verə biləcəyini ifadə edib. "Heç kim avropalılara təhlükəsizliklərini necə təmin etməyi diktə edə bilməz" - deyə Barro qeyd edib.
Eyni zamanda, Barro, əgər bir ölkə Avropa İttifaqı və ya NATO ilə gələcəyini birləşdirməyə qərar verərsə, heç kimin onlara öz iradəsini diktə etmək hüququ olmadığını vurğulayıb. O, bu prinsiplərin sona qədər müdafiə ediləcəyini açıqlayıb.