Ədliyyə işçilərinə özəl – 3% ENDİRİMLİ, KOMİSSİYASIZ KREDİT

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Expressbank, ədliyyə işçilərinin peşə bayramı münasibətilə onlara xüsusi kredit kampaniyası elan edib. Bu kampaniya çərçivəsində ədliyyə orqanlarında çalışanlar 3%-dək faiz endirimi və minimum 0% komissiya ilə nağd pul kreditini əldə edə biləcəklər.
Kampaniya çərçivəsində müştərilər 100 000 manatadək olan kreditləri 59 ay müddətinə əldə etmək imkanına sahibdir. Beləliklə, kreditin rəsmiləşdirilməsi zamanı müştərilər həm faiz dərəcəsi üzrə endirimdən, həm də ərizəyə görə əlavə komissiya haqqı ödənilməməsi üstünlüyündən faydalana biləcəklər.
Bundan əlavə, müştərilər kreditin əsas məbləği üzrə ödənişlərinə 2 ay sonra başlaya bilərlər ki, bu da onların maliyyə yüklənməsini azaldır.
Expressbank, Azərbaycanın bir çox şəhərində, o cümlədən Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Bərdə, Şirvan, Qusar, Xaçmaz və Lənkəranda fəaliyyət göstərir. Bank, müştərilərini öz xidmətləri ilə tanış olmaq üçün www.expressbank.az saytına, eləcə də sosial şəbəkələrdəki rəsmi hesablarına dəvət edir.
“Expressbank” ASC, Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən 30 dekabr 1992-ci ildən etibarən fəaliyyət göstərir və müştərilərinə geniş çeşiddə maliyyə xidmətləri təqdim edir.