Ezonn Xəbər

Bankda əmanəti olanların nəzərinə: Yeni ildən qaydalar dəyişir

Bankda əmanəti olanların nəzərinə: Yeni ildən qaydalar dəyişir
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Gələcək ildən etibarən, Azərbaycanın Vergi Məcəlləsində bir sıra mühüm dəyişikliklərin tətbiq olunacağı bildirilib. Bu dəyişiklərlə bağlı açıqlama verən deputat Vüqar Bayramov, cari ilin son günü bir sıra güzəştlərin müddətinin başa çatacağını vurğulayıb. Vüqar Bayramovun sözlərinə görə, yeni qaydalarla milli valyutada olan depozitlər üzrə hesablanan faiz gəlirlərinin 200 manatadək olan hissəsi gəlir vergisindən azad qalacaq. Lakin, gələn ildən etibarən bu məbləğdən yuxarı olan faiz gəlirləri vergiyə cəlb olunacaq. Bu dəyişikliyə görə, bankda olan əmanətlərin aylıq faiz gəliri 500 manat olarsa, yeni ildən etibarən onun 300 manatı vergiyə veriləcək. Statistik məlumatlara görə, hazırda bankların öhdəliklərinin 76.4%-ni depozit portfeli təşkil edir. Fiziki şəxslərin əmanət portfelinin 64.7%-i müddətli əmanətlərdən ibarətdir. Güzəştlərin tətbiq olunduğu müddətdə unikal əmanətçilərin sayı 106,7 mindən 226,1 minədək yüksəlib. Bu isə bank sektorunda əmanətlərin strukturunun ciddi şəkildə dəyişdiyini göstərir. Deputat əlavə edib ki, xüsusi iqtisadi hədəflər üçün banklarda uzunmüddətli depozitlərə ehtiyac var. 2030-cu il üçün hədəf biznes kreditlərinin payını artırmaqdır ki, bunun üçün isə vergi güzəştlərinin müddətinin daha də uzadılması məqsədəuyğundur. Bu, həm də depozit portfelində uzun müddətli öhdəliklərin payının artırılması baxımından əhəmiyyətlidir. Nəticə etibarı ilə, əmanətlərin üzərindəki vergi güzəştlərinin artırılması təklifi, bank sektorundakı islahatlara uyğun olaraq, uzunmüddətli iqtisadi məqsədlərə xidmət etməlidir.