Ezonn Xəbər

Türkiyədə Nuhun gəmisinin izləri tapıldı? – Alimləri heyrətləndirən kəşf

Türkiyədə Nuhun gəmisinin izləri tapıldı? – Alimləri heyrətləndirən kəşf
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Türkiyədə aparılan tədqiqatlar zamanı Ağrı dağı yaxınlığındakı Durupınar ərazisində Nuhun gəmisinin qalıqlarının olduğu ehtimalına uyğun yeni tapıntılar aşkar edilib. Tədqiqatlar, yeraltı dəhlizlər və georadar vasitəsilə ölçüləri Tövratda təsvir olunan gəminin xüsusiyyətlərinə uyğun gələn strukturların tapılması ilə diqqəti cəlb edir. Durupınar ərazisi 1959-cu ildən bəri Nuhun gəmisinin yerləşdiyi yer kimi müzakirə olunur, lakin indiyə qədər bu nəzəriyyə elmi cəhətdən təsdiq olunmamışdır. Geoloqlar uzun illər bu formalaşmanın qeyri-adi bir gəmi deyil, təbii geoloji hadisələrin nəticəsi olduğunu iddia ediblər. Son dövrlərdəki tədqiqatlar isə bu müzakirələri yenidən gündəmə gətirib. Arxeologiya professoru Cengiz Atilla, burada aşkar edilən yanmış ağac fraqmentlərinin son dərəcə qədim dövrə aid olduğunu qeyd edib. Bu nümunələr, dəqiq radiokarbon analizi və botaniki identifikasiya üçün dörd fərqli laboratoriyaya göndərilib. Alim, yeraltı strukturun üçmərtəbəli quruluşunun Tövrat mətnlərindəki təsvirlə oxşarlığına da vurğu edir. Tədqiqat layihəsinin nümayəndəsi Loren Vitske, bu tapıntının “dünyanı heyrətə gətirəcək” kəşf olduğunu ifadə edib. O, araşdırmaların Türkiyə rəsmilərinin nəzarəti altında aparıldığını və ciddi yoxlama protokollarının tətbiq edildiyini bildirib. Hazırda mütəxəssislər torpaq və qazma nümunələrini təhlil edir, sonrakı mərhələdə isə qazıntı sahəsinin genişləndirilməsi planlaşdırılır. Nuhun gəmisinin məhz bu ərazidə yerləşməsi hələ də elmi əsaslarla təsdiq edilməyib. Tapıntılara dair araşdırmalar davam edir.