Ezonn Xəbər

Həbsxanalarda yer qalmadı: Məhkumlar azadlığa buraxılır

Həbsxanalarda yer qalmadı: Məhkumlar azadlığa buraxılır
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. Niderlandda həbsxanalardakı yer çatışmazlığı səbəbindən bəzi məhkumların cəza müddətləri tamamlanmadan azadlığa buraxılması qərara alınıb. Yeni tədbir çərçivəsində həbs müddəti maksimum dörd həftə azaldılacaq. Dövlət katibi Klaudiya van Brüqqenin parlamentə göndərdiyi məktubda, bu fəaliyyətin yalnız iki ilədək azadlıqdan məhrumetmə cəzası olan kişilərə şamil ediləcəyi bildirilib. Van Brüqqen, həbsxana sisteminin yükünün artması səbəbindən bu qərarın vacib olduğunu vurğulayıb. Ədliyyə və Təhlükəsizlik Nazirliyinin dövlət katibi İnqrid Kunradinin parlamentə müraciətində də qeyd olunub ki, bu addım müvəqqəti və zəruri xarakter daşıyır. Məqsəd, həmçinin yeni məhkumların yerləşdirilməsi üçün kifayət qədər boş yer yaratmaqdır. Ötən il Niderlandda oxşar bir vəziyyət yaranmışdı və o zaman məhkumlar cəza müddətlərinin başa çatmasına yalnız üç gün qalmış azadlığa buraxılmışdılar. Hazırda ölkədəki penitensiar müəssisələrin yük problemi hələ də davam edir. Yeni tədbir, qısa müddətli cəzalar alan məhkumların azadlıqdan məhrum edilməməsi ilə ictimai təhlükəsizlik risklərini minimuma endirmək məqsədini güdür. Qeyd edək ki, indiki qərar əvvəlki üç günlük güzəştlə müqayisədə xeyli daha geniş bir imkan təqdim edir.