Ezonn Xəbər

Həbib Nurməhəmmədov Usmanı həbsdən azad etdirdi

Həbib Nurməhəmmədov Usmanı həbsdən azad etdirdi
Ezonn TV «Cebheinfo.az» mənbəsinə istinadən xəbər verir. UFC-nin tanınmış keçmiş çempionu Həbib Nurməhəmmədov, əmisi oğlu Usman Nurməhəmmədovun Birləşmiş Ərəb Əmirliklərindəki həbsdən azad edilməsi üçün müvəffəqiyyətli danışıqlar aparıb. Bu məlumat “Cebheinfo.az” tərəfindən yayımlanan xəbərlərdə öz əksini tapıb. Məlumatlara görə, Həbib əvvəlcə UFC prezidenti Dana Uayta müraciət etsə də, Uayt BƏƏ qanunvericiliyini əsas gətirərək, köməklik göstərəcəyini bildirməyib. Bunun ardından Həbib birbaşa Əmirliklərin müvafiq rəsmiləri ilə danışıqlara başlayıb və saxlanan şəxslərin mərhələli şəkildə azad olunması ilə bağlı razılıq əldə edib. Bildirilir ki, Usman Nurməhəmmədov artıq həbsdən buraxılıb. Həmçinin, insidentdə iştirak edən şəxslərin hadisə haqqında ictimai açıqlama verməyəcəyinə dair təminatlar da alınıb. Qeyd edək ki, Usman Nurməhəmmədov noyabrın 13-də Abu-Dabidə UFC döyüşçüsü Merab Dvalişvili ilə baş verən mübahisə nəticəsində 6 ay müddətinə həbs olunmuşdu. Hadisə ilə bağlı daha 7 nəfər də saxlanılmış, iştirakçılara isə hər biri yüksək məbləğdə cərimələr tətbiq olunmuşdu. Dvalişvili isə həmin gün sərbəst buraxılmışdı.