Əmək Məcəlləsində yeni dövr: Kimlər qazanacaq, kimlər itirəcək?

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Son dövrlərdə əmək hüququ ilə bağlı müzakirələr artır. Əmək Məcəlləsinə ediləcək yeni dəyişikliyə əsasən, işçilərin minimum 21 təqvim günü məzuniyyət hüququndan istifadə etməsi tələb olunacaq. Bu dəyişikliklər işçilərin istirahət hüquqlarını qorumağı hədəfləyir.
Hazırda bəzi işçilər, məzuniyyətə çıxmadan, həmin günlərə görə pul kompensasiyası almağa üstünlük verirlər. Ancaq yeni qaydalara görə, işçilərin işlədiyi müddətdə bu 21 günlük məzuniyyətin pul ilə əvəzlənməsi mümkün olmayacaq. Bu, əmək məcəlləsinin pozulmasının qarşısını almağa yönəlmiş bir mexanizmdir.
Yeni yanaşma, işçilərin ildə ən azı bir dəfə üç həftəlik istirahət etməsini təmin etəcək. Lakin bu, əlavə gəlir əldə etmək imkanlarını məhdudlaşdıra bilər. Məsələn, aylıq 2 000 manat gəlir əldə edən bir işçi, ilk dövrlərdə burada əlavə kompensasiya ala bilərdi. Yeni dəyişiklik ilə bu imkanlar aradan qalxır.
Dəyişikliklərin tətbiqi işəgötürənlər üçün də müəyyən çətinliklər yarada bilər. Xüsusən əvəzləyici işçinin tapılması çətin olan sahələrdə, məcburi məzuniyyət göndəriləri kadr çatışmazlığına səbəb ola bilər. Sahibkarlar, iş prosesinin fasiləsizliyini təmin etmək üçün əlavə işçi qüvvəsinə ehtiyac duya bilərlər.