Ezonn Xəbər

Qızıl sürətlə ucuzlaşacaq

Qızıl sürətlə ucuzlaşacaq
Ezonn TV «Modern.az» mənbəsinə istinadən xəbər verir. İnflyasiyanın artması və ABŞ dollarının möhkəmlənməsi nəticəsində qızılın qiymətinin düşəcəyi gözlənilir. Xarici analitiklərin hesablamalarına əsasən, qızılın bir troya unsiyasının qiyməti bu ilin sonuna qədər 3 500 dollara qədər geriləyə bilər. Ucuzlaşmanın başlıca səbəbi ABŞ Federal Ehtiyat Sisteminin (FED) pul-kredit siyasətinin dəyişən gözləntiləridir. İnflyasiyanın davamlı yüksək səviyyədə qalması faiz dərəcələrinin yenidən artırılması ehtimalını artırır ki, bu da dolların güclənməsinə səbəb olur. Nəticə olaraq, qızılın investisiya cəlbediciliyi azalır. Ekspertlərin dediklərinə görə, 2026-cı ilin sonuna qədər qızılın qiymətinin daha da aşağı enməsi riski var. Onlar bildirirlər ki, qiymətlərin 3 500 dollara enməsi üçün texniki analiz imkanları mövcuddur. Bununla yanaşı, 3 900 dollarlıq səviyyənin aşağı istiqamətdə qırılması, 3 800, 3 700 və 3 600 dollar aralıq dəstək səviyyələrinin meydana gəlməsinə səbəb ola bilər. İqtisadçılar Yaxın Şərqdə münaqişənin həlli ilə bağlı gözləntilərin qızıl ucuzlaşmasının qarşısını ala biləcəyini vurğulayırlar. ABŞ və İran arasında mümkün sülh razılaşmasının davamlılığı, qızılın qiymətinin stabilləşməsinə səbəb ola bilər. Bundan əlavə, 2026-cı ilin oktyabr ayının yekunlarında birja bazarında qızılın qiyməti 7,3 faiz ucuzlaşıb. Ayın sonunda bir troya unsiyası üçün qiymət 3 876,4 dollara düşüb ki, bu da 2025-ci ilin oktyabr ayının əvvəlinə nisbətən ən aşağı göstəricidir. Oktyabr ayında qızılın ucuzlaşma tempi 2008-ci ildən bəri ən yüksək səviyyəyə çatıb.