Ezonn Xəbər

Terminallarda 500 manatdan yuxarı ödənişlərə yeni qayda

Terminallarda 500 manatdan yuxarı ödənişlərə yeni qayda
Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir. Ödənişlərin təhlükəsizliyini artırmaq və qanunvericiliyin tələblərinə uyğun olaraq, terminallar vasitəsilə 500 AZN-dən yuxarı ödənişlər üçün yeni qayda tətbiq edilməyə başlanıb. Bu, istifadəçilərin şəxsiyyətlərini müvafiq rəqəmsal platformalar vasitəsilə təsdiq etmələrini tələb edir. Yeni qaydaya əsasən, 500 AZN-dən artıq məbləğlə ödəniş və ya pul köçürməsi etmək istəyən şəxslər, öncə onların şəxsiyyətini təsdiq etməlidir. Bu proses, Milliön terminallarında Bir ID, SİMA və ya MyGov platformaları vasitəsilə həyata keçirilir. Təsdiq prosesi isə aşağıdakı şəkildə icra olunur: Terminalda xidməti seçərək məbləği daxil etdikdən sonra, əgər məbləğ 500 AZN-dən çoxdursa, istifadəçiyə Bir ID, SİMA və ya MyGov vasitəsilə təsdiq etmək imkanı təqdim edilir. Seçimini edən istifadəçi, terminalda görünən QR kodunu telefonundakı müvafiq tətbiq vasitəsilə skan edərək şəxsiyyətini təsdiq etməlidir. Həmçinin qeyd edək ki, 500 AZN-dən yuxarı ödənişlərin rahatlığını təmin etmək üçün istifadəçilərin müvafiq tətbiqlərdən ən azı birinin aktiv olması vacibdir. Milliön Azərbaycanın nağd ödənişlərdən elektron ödənişlərə keçid bazarının lideridir. Bu şəbəkə, rahatlıq, sürət və etibarlılıq prinsipləri üzərində qurulmuşdur.