Zelenskidən Berlində yeni sülh danışıqları anonsu

Ezonn TV «Bizim.Media» mənbəsinə istinadən xəbər verir.
Ukrayna Prezidenti Volodimir Zelenski, ABŞ və Avropa nümayəndələri ilə aparılan danışıqlardan sonra Berlində növbəti görüşün baş tutacağını bildirib. Bununla bağlı, Zelenski axşam videomüraciətində Ukrayna, ABŞ və Avropa nümayəndə heyətləri arasında müzakirələrin davam etdiyini açıqlayıb.
Görüşlərə ABŞ prezidentinin xüsusi elçiləri Stiv Uitkoff və Cared Kuşner də onlayn şəkildə qoşulub. Zelenskinin sözlərinə görə, Avropa tərəfini bu müzakirələrdə Rusiya ilə gələcək danışıqlarda iştirak edəcək ölkə və təşkilatların nümayəndələri təmsil ediblər. Bu təşkilatlar arasında Fransa, Almaniya, Böyük Britaniya, İtaliya, Polşa, Avropa Komissiyası, Avropa Şurası və NATO-nun nümayəndələri yer alır.
Ukrayna lideri verdiyi məlumata görə, danışıqlar asan keçməsə də, müəyyən irəliləyişlər əldə olunub. Növbəti görüşün “Könüllülər koalisiyası” çərçivəsində Berlində keçirilməsi planlaşdırılır. Tərəflər bu görüşdə danışıqlar prosesi çərçivəsində konkret addımları müzakirə edərək razılaşdırmağı hədəfləyirlər.