İşini itirən şəxslərin kredit borcunu sığorta şirkəti ödəyə bilər

Ezonn TV «Banker.az» mənbəsinə istinadən xəbər verir.
Kredit götürmüş və işini itirmiş şəxslərin borclarını sığorta şirkətləri tərəfindən qarşılanması mümkün olacaq. Bu yeni mexanizmə görə, banklar müştərilərə kredit rəsmiləşdirilərkən işsizlik sığortası təklif etməlidir. Şəxsin iş yerini itirməsi halında, sığorta borcunu banka ödəyəcək.
Mexanizmin tətbiqi üçün əsas şərtlərdən biri, vətəndaşın rəsmi əmək müqaviləsi əsasında çalışmasıdır. Məsələn, əgər bir vətəndaş 10 min manat kredit götürərək aylıq 500 manat ödəyirsə, 3 ay sonra işini itirdiyi təqdirdə, qalan 8 500 manatlıq borc sığorta şirkəti tərəfindən ödəniləcək. Bu, iş yerinin ixtisar olunması və ya müəssisənin fəaliyyətini dayandırması kimi halları əhatə edir.
Yenidən işə düzələn şəxs kredit ödənişlərini davam etdirməlidir. Bu mexanizm həm bankların kredit risklərini azaldır, həm də işsiz qalan şəxslərin maliyyə yükünü yüngülləşdirir. Deputat Vüqar Bayramovun sözlərinə görə, kredit sığortasından istifadə faiz dərəcələrinin də aşağı düşməsinə kömək edə bilər.
Məsələyə dair səsləndirilən fikirlərə görə, işini itirən şəxsin gündəlik xərcləri və kredit öhdəlikləri qüvvədə qalır. Bununla bağlı əlavə sığorta təminatı borcalanlar üçün maliyyə çətinlikləri zamanı dəstək ola bilər. Qeyd edək ki, mexanizmin səmərəsi sığorta haqqının məbləğindən və müqavilədə nəzərdə tutulan şərtlərdən asılı olacaq. Vətəndaşların kredit müqaviləsi ilə birlikdə sığorta şərtlərini də diqqətlə nəzərdən keçirməsi vacibdir.