"Müqəddəsliyin arxasında çirkinliklər gizlənir" - Ziya Ağa teatrın problemlərini açdı
Ezonn TV «BAKU.WS» mənbəsinə istinadən xəbər verir.
Baku TV-nin "Qapqara" verilişində çıxış edən məşhur aktyor Ziya Ağa, teatrın"müqəddəs məkan" olaraq təqdim edilməsinə qarşı fikirlərini açıqlayıb. O, bu fikrin arxasında gizlənən eqoizmi və problemləri açıq şəkildə tənqid edərək, teatrın müqəddəsliyi ilə bağlı cəmiyyətdəki yanlış anlayışa diqqət çəkib.
Ziya Ağa, "Teatr müqəddəs deyil, mənim üçün müqəddəs olan ailədir. Teatr haqda bu cür cılız yanaşma olmamalıdır" deyərək, təntənəli ifadələrin zəifliyini vurğuladı. O, işini sevə-sevə yerinə yetirən müxtəlif peşə sahiblərinin də müqəddəs bir missiyası olduğunu bildirib.
Sənətçi, teatrdakı müasir problemlərin, tamaşaçı sayının azalması və gənclərin teatra marağının itməsi ilə bağlı olduğunu vurğulayıb. "Biz onları yenidən qaytarmağa çalışırıq" deyərək, gənclərin sevdiyi klassik əsərlərin səhnələşdirilməsinin əhəmiyyətindən danışıb. Bununla yanaşı, o, teatra zorla gətirilən tamaşaçıların qeyri-real auditoriya olduğuna da diqqət çəkib.
Ziya Ağa, 90% auditoriyasının gənclərdən ibarət olduğunu bildirib, bununla da teatrın gələcəyini bu nəsil vasitəsilə görür. O, "Dorian Qreyin portreti" və "Xaç atası" kimi romanların səhnəyə çıxarılması ilə gənc nəsli teatra cəlb etməyi planlaşdırdığını qeyd edib. Teatrın real tamaşaçıları üçün təqdimatlar hazırlamaq düşüncəsini əsas məqsəd olaraq irəlilədib.