Ezonn Xəbər

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür

Bu gün Azərbaycanda Milli Dirçəliş Günüdür
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Bu gün, 17 noyabr, Azərbaycanda Milli Dirçəliş Günü olaraq qeyd edilir. Bu tarix 1988-ci ildən, yəni “Meydan hərəkatı” ilə bağlıdır ki, həmin dövrdə yüz minlərlə insan Bakının Azadlıq meydanında toplanaraq etiraz aksiyası keçirib. 1988-ci il noyabrın 17-də başlanan bu hərəkat, keçmiş Sovet İttifaqının Azərbaycana tətbiq etdiyi ikili standartlara qarşı ədalətsizliyin bir göstəricisi idi. O dövrdə Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi, Dağlıq Qarabağda yaşayan ermənilərin separatçılıq fəaliyyətləri, yüz minlərlə azərbaycanlının öz yurd-yuvasından qovulması ilə nəticələndi. Moskvanın və yerli hakimiyyətin siyasəti nəticəsində yaranan problemlərə qarşı mübarizə aparmaq məqsədilə xalq 17 gün boyunca fasiləsiz etiraz aksiyası keçirdi. Aksiya, keçmiş SSRİ-də iri miqyaslı mü barizə kimi tarixə düşdü və bir çox tədqiqatçının fikrincə, SSRİ-nin süqutunda Azərbaycanın rolunu artırdı. Həmin mitinq dekabrın 4-5-də sovet qoşunları tərəfindən dağıdılsa da, bu hadisə Azərbaycanın müstəqilliyinin bərpasında əhəmiyyətli bir mərhələ oldu. Milli Dirçəliş Günü Azərbaycanda dövlət səviyyəsində qeyd olunmasına baxmayaraq, 2006-cı ildən etibarən iş günü hesab edilir. Bu səbəbdən, ölkə vətəndaşları üçün bu gün, həm də tarixi əhəmiyyəti olan bir gündür.