Hava ilə bağlı xəbərdarlıq: Yaxın 10 gün ərzində...

Ezonn TV «Axar.az» mənbəsinə istinadən xəbər verir.
Azərbaycanda hava şəraiti ilə bağlı proqnozda mühüm dəyişikliklər nümayiş etdirilir. Yaxın 10 gündə Bakıda əvvəlcə buludlu və sərin hava hakim olacaq, ardınca temperaturun yüksəlməsi gözlənilir. Həmçinin, həftənin sonuna doğru yağıntı ehtimalı artacaq.
Proqnoza əsasən, noyabrın 17-dən 26-dək Bakıda gündüz temperaturu 14-20 dərəcə arasında dəyişəcək. Gecə isə bu göstərici 7-13 dərəcə olacaq. Noyabrın 17-də paytaxtda hava buludlu, gündüz temperaturu 14 dərəcə, gecə isə 10 dərəcə isti olacaq.
Noyabrın 18-də havanın 17 dərəcəyə, 19-da isə 20 dərəcəyə qədər istiləşməsi proqnozlaşdırılır. Noyabrın 20-21-də güneşli və mülayim hava şəraitinin davam edəcəyi, gündüz temperaturunun 18-19 dərəcə arasında olacağı bildirilir.
Noyabrın 22-23-də buludluluğun artacağı, 23-də isə yağış ehtimalının yüksələcəyi gözlənilir. Noyabrın 24-də havanın əsasən günəşli olacağı və temperaturun 20 dərəcəyə çatacağı proqnozlaşdırılır. 25-də buludlu hava üstünlük təşkil edəcək. Ayın 26-sında isə günün ikinci yarısında yağış yağacağı ehtimal edilir, temperaturun 18 dərəcəyədək yüksəlməsi proqnozlaşdırılır.
Qeyd edək ki, noyabrın 17-də Bakıda və Abşeron yarımadasında cənub-qərb küləyinin güclənməsi ilə bağlı sarı xəbərdarlıq verilib. Küləyin sürətinin saniyədə 13,9-20,7 metrə çatması gözlənilir. Ölkənin dağlıq ərazilərində isə qar örtüyü qeydə alınmışdır. Şahdağda qarın hündürlüyü 20, Qrızda 14 santimetr həcmindədir. Xatırladaq ki, 10 günlük hava proqnozu dəyişə bilər.