Ezonn Xəbər

Türkiyə Qara dənizdə taxıl daşımalarının bərpası üçün danışıqlar aparır

Türkiyə Qara dənizdə taxıl daşımalarının bərpası üçün danışıqlar aparır
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Türkiyə, Qara dəniz vasitəsilə taxıl ixracının bərpası və gəmiçiliyin təhlükəsizliyinin təmin olunması üçün danışıqlara start verib. Bu məlumatı Türkiyənin xarici işlər naziri Hakan Fidan, Brüsseldə Avropa İttifaqının regionlararası təhlükəsizlik məsələlərinə dair görüşdən sonra açıqlayıb. Nazir, “Taxılın dünya bazarlarına qaytarılması, Qara dənizdə gəmiçiliyin təhlükəsizliyinin təmin edilməsi və ehtiyacı olan ölkələrə buğdanın göndərilməsi üzərində işlər aparırıq. Müəyyən təkliflərimiz var və onların bir hissəsini bu gün təkmilləşdirmişik,” – deyə bildirib. Fidanın verdiyi məlumata görə, Ankara, Bolqarıstan və Rumıniya ilə də müzakirələr aparır. O, qeyd edib ki, bu gün Bolqarıstan, Rumıniya və Ukrayna nümayəndələri ilə görüş keçirilib. Rusiya ilə də danışıqların davam etdiyini vurğulayıb. "Ümid edirəm ki, hazırladığımız formula nəticə verəcək,” – əlavə edib. Nazir, Rusiya tərəfinin mövqeyi ilə bağlı da açıqlama verib. O bildirib ki, Moskva, Ukrayna ilə sülh müqaviləsi imzalanmadan Qara dəniz üzrə müvəqqəti anlaşmaya maraq göstərmir. Fidan, bu çətinliklərin aradan qaldırılması üçün yeni təkliflərin hazırlandığını, amma təfərrüatlar haqqında hələlik məlumat verə bilməyəcəyini qeyd edib.