Ezonn Xəbər

Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb, təfərrüatlar məlum olub

Şəmkirdə evdən kişi və qadın meyiti tapılıb, təfərrüatlar məlum olub
Ezonn TV «APA» mənbəsinə istinadən xəbər verir. Şəmkir rayonunun Varlı Həyat kəndində bir evdə kişi və qadın meyitinin tapılması hadisəsi qeydə alınıb. Belə ki, 1968-ci il təvəllüdlü R.Mustafayev gün ərzində kənddə görünmədiyi üçün yaxınları onun yaşadığı evə gediblər. Onlar evin qapısının bağlı olduğunu görərək hasardan aşaraq həyətə daxil olublar. Yaxınları evdə R.Mustafayevin və şəxsiyyəti hələlik müəyyən olmayan qadının meyitini aşkar ediblər. Mərhumun tanışları bildiriblər ki, R.Mustafayev kənddə əkinçiliklə məşğuldur və meyiti tapılan qadın onun yanında çalışırdı. İlkin məlumata görə, R.Mustafayev bir neçə il əvvəl ailəsindən ayrılıb və övladının olduğu bildirilir. Hər iki şəxsin ölüm səbəbləri hələlik məlum deyil. Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunub və araşdırma başlanıb.