ABŞ-də daha bir böhran — Maliyyə sistemi iflic oldu

Ezonn TV «Qafqazinfo» mənbəsinə istinadən xəbər verir.
ABŞ-də aparıcı maliyyə qurumlarına aid olan “Bank of America”, “JPMorgan Chase”, “Wells Fargo” və “Truist” banklarında onlayn və mobil xidmətlərdə ciddi pozuntular yaranıb. Müştərilər internet bankçılığı vasitəsilə əməliyyatlarını həyata keçirməkdə və şəxsi hesablarına daxil olmaqda çətinliklərlə üzləşiblər.
“Downdetector” platforması, bu banklarla yanaşı, “US Bank” və rəqəmsal ödəniş tətbiqi “Zelle” istifadəçilərindən gələn şikayətlərin kəskin artdığını təsdiqləyib. Problemlərin səbəbi olaraq, “Chase Bank”ın sözçüsü bu hadisənin kiberhücumlarla deyil, texniki problemlərlə bağlı olduğunu açıqlayıb. O, bəzi əməliyyatların normadan artıq vaxt apardığını, lakin müştərilərin öz hesablarına çıxışının davam etdiyini vurğulayıb.
Bu maliyyə sistemindəki nasazlıq, ABŞ-ın kritik rəqəmsal infrastrukturunda son bir həftə ərzində baş vermiş irimiqyaslı texniki pozuntuların davamıdır. Noyabrın 12-də “Microsoft”un “Outlook”, “Teams” və digər xidmətlərində qeydə alınan qlobal kəsinti, bütün dünyada milyonlarla istifadəçinin və dövlət qurumlarının işini dayandırmışdı. Həmin məsələlər, noyabrın 14-də tam bərpa olunmuşdu.
Bundan bir gün sonra, noyabrın 13-də ABŞ-nin hava nəqliyyatını idarəetmə sistemlərindəki rabitə nasazlığı səbəbindən uçuşlar müvəqqəti dayandırılmış, minlərlə reys ləğv edilmişdi. Bu hadisələr, ABŞ-da digital xidmətlərin etibarlılığını müzakirəyə açmış vəziyyətdədir.